Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-15 11:19:00
AMEA-nın gənc mütəxəssisi Belçika Krallığının Gent Universitetinin doktoranturasına qəbul olub

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Elnarə Sadıqova Belçika Krallığının Gent Universitetinin doktoranturasına qəbul olub. İnstitutdan AzEdu.az-a bildirilib ki, onun Gent Universitetinin laboratoriyasında “Bitkilərdə kök və meristem hüceyrələrin in vitro regenerasiyası üçün yeni üsullar” mövzusu üzrə tədqiqatlar aparması planlaşdırılıb.

Qeyd edək ki, E.Sadıqova “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqədə iştirak edərək təqaüd haqqı qazanıb.