Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-15 10:42:00
  AzTU daha bir uğura imza atıb

Azərbaycan Texniki Universiteti daha bir uğura imza atıb

AzEdu.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) MDB ölkələrinin Nanotexnologiyalar üzrə Beynəlxalq İnnovasiya Mərkəzinə üzv seçilib.

AzTU mərkəzin üzvü olaraq elmin inkişafına töhfə verməklə yanaşı, birgə elmi simpoziumlar, seminarlar və konfransların təşkilində, həmçinin beynəlxalq layihələrdə iştirak etmək imkanı qazanacaq.

 Qeyd edək ki, mərkəz 2009-cu ildə Rusiyanın Dubna şəhərində üzv ölkələr arasında innovasiya, tədqiqat və təhsil əlaqələrinin inteqrasiyasına kömək məqsədilə yaradılıb.