Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-13 12:13:00
Məktəblər hansı qaydada AÇILMALIDIR? – Örnək FOTOLAR

Koronavirusa görə məktəblərə yenidən nə vaxt gedəcəyimiz qeyri-müəyyən olsa da, dünyanın bəzi ölkələrində uşaqlar üçün məktəb həyatı yenidən başlayıb.

 

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Danimarkada tədris müəssisələri hardasa iki həftədir açıq olduğu halda, Çin və Tayvandakı məktəblərdə də artıq dərslər keçirilməyə başladı.

 

Ancaq aydın olan bir həqiqət var ki, bildiyimiz normal məktəb həyatı hazırda olduqca uzaq görünür.

 

Məsələn, Danimarkadakı  məktəblərdə zəng çalınmır. Eyni anda çox uşağın tənəffüsə çıxma və ya məktəb həyətində gəzinməyinin qarşısını almaq üçün yemək fasilələri və dərs saatları mərhələli olaraq təşkil olunub.

 

Yeni qaydalara əsasən, müəllimlər tək bir otaqda yalnız bir sinfə dərs keçə bilər. Beləliklə, başqa siniflərə gedə bilməyən müəllimlər bir-birlərinin də dərslərini keçmək məcburiyyətindədirlər.

 

Siniflər də artıq çox balacalaşıb. Uşaqların dərs öyrənmək şəraiti də dəyişib. Əvvəllər toplu şəkildə müəllimi dinləyən şagirdlərin hər birinə hazırda ayrıca bir masa verilib, bu isə onların bir-birlərinə yaxınlaşmaq riskini azaldır. Uşaqlar, həmçinin məktəbə bir-birlərindən 15 dəqiqə ara ilə daxil olmalıdırlar.  

 

 

Əlləri yumaq karantindən əvvəl oduğu kimi, hazırda da məktəblərdə ənənəvi hal alıb. Danimarkadakı məktəblərdə uşaqların əllərini yumaları üçün xüsusi təsisatlar qurulub. Şagirdlər sinif dəyişdirməzdən əvvəl, yeməkdən əvvəl və sonra, tənəffüsdən qayıtdıqlarında əllərini yumalıdırlar.

 

Çinin Şanxay şəhərindəki məktəblərdə də koronavirusdan qorunmaq üçün vacib qərarlar alınıb. Şagirdlər və müəllimlər məktəbə daxil olmazdan əvvəl istilikləri ölçülür. Onların istilik dərəcələrini yadda saxlamaq üçün məktəbin girişinə xüsusi sistem qurulub, əgər kiminsə istiliyi 37-dən artıq olarsa, o nəzarətdə saxlanılır və gün ərzində qızdırması bir neçə dəfə ölçülür.

 

Dərslər olduqca gərgin rejimdə keçirildiyinə görə müddət bir qədər azaldılıb. Bu isə məktəbin bezdirici olmasını minimuma endirir. Həmçinin, dərslərin çoxu açıq havada keçirilir, bu, daha təhlükəsiz olmaqla yanaşı, eyni zamanda daha maraqlı və əyləncəli yoldur.

 

Məktəblərdə edilən bu dəyişiklikləri kitabxanadan tutmuş, uşaqların birlikdə oynaya biləcəyi oyunlara qədər hər şeydə hiss etmək olur. Şagirdlərə normal şəraitdə olduğu kimi kitabxanaya gedib, kitab götürmələrinə icazə verilmir. Bunun üçün də ayrıca bir sistem tətbiq olunur. Uşaqlar aldıqları kitabı oxuduqdan sonra xüsusi qutulara qoyulur və kitabların təhlükəsiz olmasından əmin olmaq üçün bir həftə boyunca orada qalır.

 

Beləliklə, müəllimlər şagirdlər üçün məktəbləri mümkün olduğu qədər təhlükəsiz və maraqlı hala gətirmək üçün əllərindən gələni edirlər. Danimarka və Çindəki məktəblərdə tətbiq olunan bu qaydalardan əldə olunan müsbət nəticə həm şagirdlərin, həm də təhsil işçilərinin edilən dəyişikliklərə uyğunlaşmasısistemi davam etdirmələri sayəsində oldu.

 

Ölkələrdə virusla əlaqədər vəziyyət normala döndükcə qaydalar dəyişəcək və daha fərqli olacaq. Buna görə də məktəblərin yenidən açılması üçün hər kəsə uyğun olan fərqli yollar tapılmalıdır.