Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-12 15:20:00
Bakıda uşaqların bağçaya elektron qəbuluna Nizami rayonundan başlanacaq  

Bakıda uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq.

 

Elektron qəbul pilot layihə kimi ilk olaraq Bakının Nizami rayonunda həyata keçiriləcək. 

 

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri bildirilib. 

 

Qeyd edilib ki, pandemiya ilə əlaqədar xüsusi karantin rejimi olduğuna görə işlər müvəqqəti təxirə salınıb: “Bağçalarda təlim-tərbiyə prosesi bərpa olunduqdan sonra Nizami rayonunda uşaqların bağçalara elektron qəbulunun keçirilməsinə başlanılacaq. Daha sonra isə layihə mərhələli şəkildə Bakının digər rayonlarında da həyata keçiriləcək. Hazırda bununla bağlı hazırlıq işləri davam edir”. 

 

APA