Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-12 09:01:00
Bu gündən kolleclərə sənəd qəbulu başlayır

Bu gündən tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu başlayır.

 

AzEdu.az xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.

 

Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.

Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilən buraxılış imtahanında (I mərhələ) iştirak edən 4 000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.