Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-11 17:50:00
Buraxılış imtahanları bu formada keçiriləcək - Ekspertdən AÇIQLAMA

“11-ci siniflərin buraxılış imtahanlarında ötən il olduğu kimi dinləyib anlama, oxuyub anlama mətnləri və situasiya tipli tapşırıqları yer alacaq”.

 

AzEdu.az xəbər verir ki, bu sözlər təhsil eksperti Elçin Əfəndiyevə aiddir.

 

Buraxılış imtahanları haqqında məlumat verən ekspert, sualların ötən illlə eyni formada hazırlanacağını bildirib:

 

“Ötən il olduğu kimi, 30 sual Azərbaycan dili, 30 sual xarici dil və 25 sual riyaziyyat fənni üzrə olmaqla ümumi 85 sual təqdim olunacaq. Hər bir fənn üzrə ümumi bal 100, bütün fənlər üzrə isə ümumi bal 300-dür”.