Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-11 17:39:00
Buraxılış imtahanları ilə bağlı alınmış son qərar – Şagirdlərin NƏZƏRİNƏ

“Mart ayının 1-də 9-cu siniflərin buraxılış imtahanlarının I mərhələsində iştirak etmiş 39672 nəfər şagirdin imtahan nəticələri hər bir fənn üzrə elmi statistik araşdırmalar əsasında 100 ballıq şkala ilə tənzimlənərək qiymətləndiriləcək. Yəni ümumi 300 ballıq şkala ilə qiymətləndirilmə aparılacaq. Bu zaman 90 ballıq qiymətləndirmə ləğv olunur”.

 

AzEdu.az xəbər verir ki, bu haqda təhsil eksperti Elçin Əfəndi məlumat verib.

 

Elçin Əfəndi buraxılış imtahanlarının qiymətləndirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib:

 

“Mart ayının 1-də imtahan vermiş 39672 nəfər şagirddən təxminən 4000 nəfərə qədər 9 illikdən orta ixtisas təhsil müəssisələrinə ərizə qəbulunda iştirak edəcəklərini qeyd etdikləri üçün onlar birbaşa II mərhələdə iştirak edəcəklər. Bu zaman onların II mərhələdə əldə etdikləri nəticə 300 ballıq şkala ilə qiymətləndiriləcək və müsabiqədə yalnız II mərhələ nəticəsi əsas götürüləcək.
Təxminən 35672 nəfər şagirdin 1 mart tarixli imtahan nəticələrinin hər fənn üzrə 100 ballıq şkala ilə, ümumi fənlər ilə isə 300 ballıq şkala ilə yekun qiymətləndirilməsi yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək”.

 

Təhsil eksperti qeyd edib ki, nəticələrindən narazı qalan şagirdlər yenidən imtahan verə biləcəklər:

 

“Bu zaman nəticəsindən narazı qalan şagirdlər olarsa (düşünmürəm ki, narazılıq çox olsun), həmin şagirdlər ilk olaraq təhsil aldıqları orta ümumtəhsil müəssisəsinə məlumat verməli, daha sonra isə Dövlət İmtahan Mərkəzinin onlar üçün ayrıca vaxtda təyin edərək, keçirməsini nəzərdə tutduğu imtahanda iştirak edəcəklər. Bu zaman onların I mərəhələdə əldə etdikləri nəticə deyil, ikinci mərhələdə əldə etdikləri nəticə 100 ballıq şkala ilə qiymətləndiriləcək və attestatlarında II mərhələ nəticəsi qeyd olunacaq. İştirak etməyənlərə gəlincə isə onların da attestatlarında I mərhələdə əldə etdikləri nəticə 300 ballıq şkala ilə müəyyənləşərək qeyd olunacaq.

 

“Hər iki imtahan mərhələsi 300 ballıq şkala ilə qiymətləndirildiyi üçün artıq onların cəmlənməsi olmayacaq. Yəni yeni, məhz bu ilə xas olan qaydalara əsasən I mərhələdə 90 bal və II mərhələdə 210 bal sistemi ləğv olunur. Əvəzində I mərhələdə iştirak edənlərin nəticəsi də 300 ballıq şkala ilə qiymətləndirilir, II mərhələdə iştirak edənlərin də”, - deyə Elçin Əfəndi sözlərinə əlavə edib.