Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-11 13:35:00
Kolleclərə də sənəd qəbulu başlayır

Sabahdan tam (11 illik) orta təhsil bazasında kolleclərə də sənəd qəbulu başlayır.

 

 AzEdu.az  xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.

 

Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.

 

Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilən buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.