Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-09 16:27:00
AMEA-nın doktorantura və dissertanturasına qəbulun nəticələri təsdiqlənib

AMEA-nın doktorantura və dissertanturasına qəbul müvafiq qanunvericiliyə uyğun olaraq, uğurla başa çatdırılıb, doktorant və dissertantlar üçün müxtəlif istiqamətlər üzrə aktual elmi problemləri əhatə edən mövzular müəyyənləşdirilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin mayın 8-də keçirilmiş iclasında bildirilib.

 

Müzakirələrdən sonra fəlsəfə və elmlər doktoru hazırlığı üzrə AMEA-nın doktoranturasına və dissertanturasına qəbulun nəticələri təsdiq edilib, akademiyanın elmi müəssisə və təşkilat rəhbərlərinə, digər qurumlara müvafiq tapşırıqlar verilib.