Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-08 17:01:00
Təhsil nazirinin çaşqınlığa son qoyan qərarları – Vacib sualların CAVABLARI

 

Martın 2-dən etibarən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tədris , təlim və buna bağlı bütün məsələlər dayandırılıb.

 

 Mayın 7-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Ceyhun Bayramov əhalini narahat edən bir çox məsələlərə aydınlıq gətirib.

 

Nazir cəmiyyətində təhsillə bağlı çaşğınlığa son qoymaq üçün bir sıra qərarların qəbul edildiyini vurğulayıb, vacib sualları cavablayıb:

 

AzEdu.az həmin qərarları təqdim edir:

 

 Təhsilalanların çoxunu şagirdlər təşkil etdiyi üçün əsas həll olunması gözlənilən məsələ summativ qiymətləndirmə ilə bağlı idi. Nazir bu il məktəbdaxili qiymətləndirmənin keçirilməyəcəyini söyləyib:

 

“Bu il kiçik və böyük summativ qiymətləndirilmə keçirilməyəcək. Nəticələr tədris ilinin birinci rübünə əsasən hesablanacaq və şagirdlərin növbəti sinfə keçirilməsi təmin ediləcək".

 

 Hamını maraqlandıran vacib məsələlərdən biri isə dərslərin nə vaxt başlamsı ilə bağlı idi. Ceyhun Bayramov tədrisin iyun ayının birindən bərpa olunmayacağını deyib.

 

 “1 iyun 2020-ci ildən tədrisin bərpası nəzərdə tutulmur, yəni həmin tarixdən dərslər başlamayacaq”.

 

 Şagirdlər kimi tələbələr də təhsil ictimaiyyətinin böyük hissəsini təşkil edir. Nazir ali məktəblərdə tədris ilinin uzadılmayacağını söyləyib:

 

 “Yay imtahan sessiyası iyun - iyul aylarında keçirilməsi planlaşdırılır".

 

 Digər vacib məsələlərdən biri isə universitetlərdə imtahanların hansı formada keçirilməsi ilə bağlı idi. Nazir həmin məsələyə də aydınlıq gətirib:

 

 “Təhsilalanların biliyinin qiymətləndirilməsi hər təhsil müəssisəsinin elmi şurasının qərarı əsasında tənzimlənəcək. Ali təhsil sistemində çox özəlliklər var. Bunları nəzərə alaraq universitetdə bir sıra çevikliklər olacaq. İxtisas xüsusiyyətləri və tələbələrin hazırlığı nəzərə alınaraq bir sıra ixtisaslar üzrə imtahanların onlayn təşkili mümkündür. Ali təhsil müəssisələri bu barədə məlumat verəcəklər. Belə hal mümkün olmadıqda ənənəvi imtahanlar təşkil oluna bilər".

 

 Ali məktəblərdə təhsil alan son kurs tələbələrinin buraxılış işlərinin hansı formada müdafiə edəcəkləri isə müzakirə mövzusu idi. Təhsil Naziri məsələ ilə bağlı fikirlərini bildirib:

 

"40 minə yaxın tələbənin 80 faizinin yekun attestasiyası təhsil aldığı müddətdə əldə etdikləri ümumi orta müvəffəqiyyət göstəricisi əsasında aparılacaq. Narazı qalanlar əvvəlcədən müraciət edərək avqust-sentyabr ayında təşkil olunacaq dövlət imtahanında yenidən iştirak edə biləcəklər. Buraxılış işinin müdafiəsi onlayn və ənənəvi formada olacaq".

 

Təhsil həyatının başlanğıcı hesab edilən bağçaların isə bu yay açılması nəzərdə tutulmur:

 

 “Nazirlər Kabineti yanında Operativ Qərargahın əmrinə əsasən, təhsil müəssisələrində təlim-tədrisin dayandrılması mayın 31-dək qüvvədədir. Amma iyun ayının 1-dən sonra da dövlət bağçalarında təlim-tədrisin bərpası nəzərdə tutulmur”.

 

Yerdəyişmə etmək istəyən şagirdlər isə bu tədris ili bunu edə bilməyəcəklər.

 

“Tədris dayandırıldığından, məktəblərdə kimsə olmadığı üçün  proses növbəti tədris ilindən aktiv ediləcək".

 

 Təhsil ictimaiyyətinin böyük və əsas hissəsini müəllimlər təşkil edir. Ceyhun Bayramov müəllim namizədlər üçün MİQ müsabiqəsinin tarixini açıqlayır.

 

“Müəllimlərin  işəq qəbul müsabiqəsinin iyul ayının ikinci yarısı və avqustun əvvəlində keçirilməsi nəzərdə  tutulur”.

 

 Ənənəvi tədris dayandığından müəllimlər dərslərini onlayn şəkildə keçirlər. Lakin hər təhsil işçisinin bunu həyata keçirmək üçün texniki imkanı olmur. Nazir həmin müəllimlərin də əməkhaqqı ala biləcəyini deyib.

 

 “Təhsil sistemində çalışan işcilərin, müəllimlərin, hətta tələbələrin təqaüdünün vaxtında verilməsi Prezident tərəfindən qarşımıza qoyulan məsələlərdəndir və 100 faiz ödənilir. Virtual məktəbə qoşulan və qoşulmayan müəllimlərin əməkhaqqıların ödənməsində fərq olacağı nəzərdə tutulmur”.

 

 Daimiləşmə müsabiqəsində iştirak edəcək müəllimlər üçün iki vacib xəbər var.

 

“Mövcud şəraitə uyğun olaraq 1400-ə qədər müəllimin onlayn daimiləşməsi 2 həftə ərzində həyata keçiriləcək. Ənənəvi qaydada müsabiqəni seçənlər üçün iyun ayında imtahan olacaq. İşəqəbul prosesi isə iyul-avqust aylarında olacaq”.

 

 Hərbi xidmətdə olan tələbələr də diplomlarını ala biləcəklər. Nazir bunun üçün şərait yaradılacağını deyir.

 

 “Hər hansı bir səbəbdən diplomunu ala bilməyən və  hərbi xidmətdə olan məzunların valideynlərin Bakıya gəlməsi üçün güzəşt ediləcək”.

 

 Teledərslərə qoşulan şagirdləri narahat edən əsas məsələlərdən biri də qiymətləndirmənin nə zaman aparılacağı ilə bağlı idi. Nazir bu məsələyə də aydınlıq gətirib.

 

 “İyun ayından etibarən 3 mindən 6 minə qədər şagird arasnda onlayn qimyətləndirmə aparılavcaq.   Hər yaş qrupuna aid olan, seçmə şagirdlər arasında ölçmələr olacaq. Bu mənimsəmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə aparılır.  Bunun əsasında proqramın mənimsəmə faizini daha dəqiq müəyyənləşdirəcəyik. Eyni zamanda, şagird və valideynlərə əlavə dəstək mexanizmləri təqdim edəcəyik. Bizim məqsədimiz yeni tədris ilinə şagirdlərimizin hazır olmasıdır”.

 

 “2” alan şagirdlərin də qiymətlərini düzəldə bilmə şansı olacaq.

 

 “Şagirdlər öz qiymətindən narazıdısa, yaxud hansısa fəndən iki qiymət alıbsa, yeni tədris ilinin əvvəli qiymətini düzəldə bilərlər. Onlar məktəbə müraciət edərək yenidən qiymətləndirmədə iştirak edib, nəticələrini  yaxşılaşdıra bilərlər”.

 

 Fənn olimpiadalarının final mərhələsinə hazırlanan şagirdlər üçün şad xəbər var. Final mərhələsi baş tutacaq.

 

 "Fənn olimpiadalarının final mərhələsi iyun ayının birinci yarısında müxtəlif təhsil bazasında heç bir sıxlıq yaratmadan təşkil olunacaq".

 

 Nəticə olaraq, onu deyə bilərik ki, həyata keçirilən tədbirlərin hər biri insanların sağlamlığını və təhlükəsizliyini qorumağa yönəlib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları