Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-06 14:44:00
DEPUTAT: Postpandemiya dövründə təhsillə bağlı bu iki problem həll olunmalıdır 

"Postpandemiya dövründə təhsilin iki problemini həll etməliyik. Qeyd edəcəyim problemin həlli ilə pandemiya dövründə də məşğul olmaq mümkündür. Birincisi təhsil proqramlarındakı boşluqları doldurmaq, ikincisi isə psixoloji "baryer"i aradan qaldırmaq".

 AzEdu.az xəbər verir ki, bunu  deputat Etibar Əliyev deyib. 

 

Deputatın fikrincə, pandemiya dövründə dərslərdə boşluğun yaranmaması üçün maksimum imkanlardan istifadə edilir: "Ancaq bu yetərli deyil. Koronavirus dalğası bizim üçün gözlənilməz oldu. Qarşıdan həm buraxılış, həm də qəbul imtahanları gəlir. Yarımçıq proqramla şagirdlərin qəbulda iştirakı onların yaxşı nəticə göstərmələrinə mane olur. Digər tərəfdə isə psixoloji amil var. Müəllim və valideynlər, təhsil işçiləri maarifləndirici işlər apararaq təhsildə müşahidə olunan ikinci problemi, yəni psixoloji baryeri aradan qaldıra bilər". (Ted.az)