Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-06 11:13:00
 Ekspert: “Onlayn xidmət göstərilmədiyi halda, təhsil haqqı geri qaytarılmalıdır”

 

Yüksək ödənişli özəl məktəblər var ki, ora pulu əvvəlcədən ödəyirlər. Bu ödənişin içində yataqxana, yeməkxana, idman və s. xərcləri də var. Amma iki aydır ki, dərslər yoxdur və dəqiq bilinmir ki, nə zaman başlayacaq. Bu səbəbdən şagirdlərin ödənişinin bir qismi onlara geri qaytarıla bilərmi?

Mövzu ilə bağlı AzEdu.az-a danışan  təhsil eskperti Elçin Əfəndinin sözlərinə görə bu məsələdə tərəflər arasında razılaşma olmalı, müəyyən güzəşt edilməlidir.

 

“Özəl təhsil müəssisələri (liseylər, məktəblər, ali məktəblər, kolleclər, tədirs mərkəzləri, hazırlıq kursları) öz-özünü maliyyələşdirən qurumlardır ki, bunların da bir çoxu dediyiniz kimi xidmət haqlarını (təhsil haqqı, yataqxana, qida, idman və s.) öncədən alırlar.

 

Hazırda 3 mart tarixindən etibarən bu günədək təhsil müəssisələrində dərslər canlı formada həyata keçirilmir. Tədris yalnız distant formada, uzaqdan idaretmə əsasında mövcuddur. Amma “Təhsil haqqında Qanun”da distant təhsil qeyd olunsa da onun tanınması öz əksini tapmır. Bu prizmadan yanaşdıqda təhsil haqları geri qaytarılmalıdır. Lakin indiki halda baş vermiş pandemiya halı nə təhsilverənlərin, nə də təhsilə nəzarət edənlərin günahından yaranmış hal olmadığı üçün burada tərəflər kompromisə getməlidirlər.

 

Məlum olduğu kimi özəl təhsil müəssisələri (liseylər, məktəblər, ali məktəblər, kolleclər, tədirs mərkəzləri, hazırlıq kursları) onlayn dərslər vasitəsilə tədrisi həyata keçirir. Bu zaman göstərdiyi xidmətdən asılı olaraq xidmət haqqını tələb edirlər”.

 

O, onlayn xidmət göstərilmədiyi halda, həmçinin digər yataqxana, qida, idman xərclərinin geri qaytarılmasının lazım olduğunu vurğulayıb.

 

 “Əgər qeyd olunan sahələrdən hər hansı biri bu xidmətləri həyata keçirmirsə, o zaman II yarımil üçün təhsil haqqını geri qaytarmalıdırlar. Bundan əlavə təhsildən başqa digər xidmətlər üçün (yataqxana, qida, idman və s.) aldıqları ödənişi də geri qaytarmalıdırlar. Bu hər bir təhsil alanın qanunla hüququdur”.