Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-05 12:08:00
BDU-nun professoru “Yaşıl iqtisadiyyat və Xəzərin ekologiyası” beynəlxalq konfransında

Bakı Dövlət Universiteti (BDU)  coğrafiya fakültəsinin iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin təşkil etdiyi “Yaşıl iqtisadiyyat və Xəzərin ekologiyası” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda iştirak edib.

 

BDU-dan bildirilib ki, onlayn konfransda yaşıl iqtisadiyyatın formalaşması və inkişaf səviyyəsinin qiymətləndirilməsi, yaşıl iqtisadiyyatda müasir informasiya texnologiyalarının tətbiqi, Xəzər dənizinin ekoloji problemləri, ekosistemdə baş verən dəyişikliklərin araşdırılması və bu sahədə elmi layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

 

“Dünya iqtisadi böhranı şəraitində yaşıl iqtisadiyyatın inkişafı” mövzusunda məruzə ilə çıxış edən professor Ç.İsmayılov “Yaşıl Xəzəryanı layihəsi”nin tərtib edilməsi ideyasını təklif edib. Konfransı onlayn izləyən “Xəzəryanı Universitetlər Assosiayasiyası”nın üzvu olan Həştərxan, Dağıstan, Qazaxıstan universitetlərinin alimləri layihənin birgə icrasında iştirakı təkilf ediblər.

 

Azərbaycanlı alimin çıxışı tədbir iştiakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında müzakirələr aparılıb.