Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-04 10:33:00
Ekspert  fərdi hazırlıq və repetitor fəaliyyətinə dair vacib sualları  cavabladı- Müəllimlərin nəzərinə

Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi məlumata görə  27 apreldən etibarən fərdi tədris və repetitor xidmətləri fəaliyyətə başlaya bilər.

 

Lakin verilən məlumatlarda məşğələdə şagirdlərin əvvəlcə tək, sonradan isə 10 nəfərə qədər qrup şəklində olması göstərilmişdi. Bu da ictimaiyyətdə çaşqınlıq yaradıb.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı vacib sualları təhsil eksperti Elçin Əfəndi cavablandırır.

 

Sual:  Fərdi hazırlıq və repetitor fəaliyyətinə neçə şagird olduğu halda razılıq verilir?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən 27 apreldən etibarən fərdi tədris və repetitor xidmətləri qrup halında məşğələlər istisna olmaqla razılıq verilir. Bu zaman 1 müəllim və 1 şagird prinsipinə riayət olunmalıdır.

 

Sual . Aprelin 24-də Səhiyyə nazirinin müavini 10 nəfərə qədər icazə verilir deyə fikir bildirmişdi. Nazir müavini xətaya yol verib?

 

Cavab: Bəli. Nazir müavini həmin ifadəsində ciddi xətaya yol verdi. Ola bilsin ki, alınan və razılıq əldə olunan qərardan xəbərsiz olaraq bu ifadəni işlətdi. Təəssüf ki, mən də daxil məsul şəxsdir deyə qərarı sorğulamadan 1 mayadək məhz nazir müavininin fikri əsasında 10 nəfərə icazə var dedik. Amma qərar qərardır. Bu qərar isə heç kimə əsas vermir ki, 10 şagirdlə hazırlıq keçsin.

 

Sual :Müəllimlər hansı qaydada fərdi hazırlıq və repetitor fəaliyyəti ilə məşğul ola bilərlər?

Cavab: 1 may tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd olunduğu kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında fərdi hazırlıqlarda şagirdlərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan olunur. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda isə yalnız 1 nəfər şagirdlər dərslər keçirilə bilər. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunduğu üçün müəllimlər VÖEN açmadan da fəaliyyət göstərə bilərlər. Amma qarşıdakı vaxtlarda Vergilər Nazirliyi bu kimi hallara görə monitorinqlərə başlayacağı üçün verigdən yayınmamağa çağırıram. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda isə müəllimlər “icaze.e-gov.az” saytından qeydiyyatdan keçdikləri halda onların fəaliyyəti qanuni status alır. Bu zaman onlardan VÖEN tələb olunur.

 

Sual: Müəllimlər aylıq nə qədər ödəniş etməlidirlər?

 

Cavab: Hər bir müəllim VÖEN sahibi olduqdan sonra hər ay 37,50 AZN DSMF-yə, gəlirinin isə 1%-ni (2020-ci il 31 dekabr 23-59-dək) vergilərə ödəməlidir.