Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-30 12:03:00
Türk nazir açıqladı – Məktəbləri 1 iyunda aça bilərik  

 

 

“Əgər hazırkı durumun normala dönmə müddəti plana uyğun şəkildə davam edərsə, məktəbləri 1 iyunda aça bilərik”.

 

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Təhsil naziri Ziya Selçuk “CNN Türk” kanalının proqramında iştirakı zamanı söyləyib.

 

Onlayn təhsilin 31 maya kimi davam edəcəyini vurğulayan nazir təhsil müəssisələrinin iyunda açılmaq ehtimalı olduğunu qeyd edib:

 

“19 iyun məktəblərin ənənəvi bağlanma tarixidir. Ancaq 19 gün üçün olsa belə, təhsil müəssisələrini aça bilərik. Müəllimlərimizdən, valideynlər və şagirdlərimizdən on minlərlə müraciət alırıq. Mümkün olduğu qədər qısa müddətdə məktəblərin açılması ilə bağlı gözləntilər var. Bizim üçün ən əsası uşaqların sağlığı və onların təhlükəsizliyidir. Bu mövzuda əmin olduğumuz təqdirdə məktəbləri açacağıq”.

 

“İmtahanların keçirilməsi ilə bağlı müzakirələrimiz davam edir. Misal üçün, LGS imtahanı üçün neçə sıramız var, neçə sinfimiz var. Uşaqlar hansı şəkildə otursa, sosial məsafəni qorumuş olarıq. Bu kimi məsələləri həll etməyə çalışırıq. Bir həftə ərzində bu suallar öz cavabını tapacaq”, - deyə nazir sözlərinə əlavə edib.

 

Qeyd edək ki, Türkiyədə 3 mart tarixindən etibarən virusun yayılmasının qarşısını almaq məqsədilə ilə bütün təhsil müəssisələri qapadılıb, dərslər onlayn şəkildə davam etdirilir.