Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-24 11:37:00
Milli Elmlər Akademiyasının magistrantları onlayın pedeqoji təcrübəyə cəlb olunublar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən akademiyada tədris onlayn şəkildə təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, AMEA-dan bildirilib ki, dərslərin distant yolla davam etdirilməsi II kurs magistrantların pedaqoji təcrübə keçmələri üçün imkan yaradıb. II kurs magistrantlar təcrübə rəhbərlərinin müşayiəti ilə distant yolla təcrübə keçməyə cəlb olunublar, onlar onlayn dərslərdə iştirak etməklə yanaşı, minimum 2 sınaq dərsi də keçiblər. Artıq onların elmi-pedaqoji təcrübə mərhələsi yekunlaşır.