Azedu.az

Rezidentura imtahanlarının keçirilməsində dəyişiklik  olacaq-RƏSMİ

Dövlət İmtahan Mərkəzi

22 Aprel 2020, 12:06
Rezidentura imtahanlarının keçirilməsində dəyişiklik  olacaq-RƏSMİ

“Hazırda gözləyirik ki, magistratura təhsili üçün dövlətin elan etdiyi vakant yerlər elan olunsun”.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında bildirib.

 

DİM sədri əlavə edib ki, magistratura pilləsində ixtisas seçiminin edilməsini gözləyirlər: “Hazırda qabiliyyət məsələsi də qalıb. Bunun onlayn və ya offline keçirilməsi müzakirə edilir. Rezidenturada isə iştirakçıların sayı çox deyil, 1000 nəfərə yaxındır. Bu imtahanların offline variantda - auditoriyalarda keçirilməsi müzakirə olunur. Hazırda konkret tarix elan etmək çətindir. Qərargahın qərarından, bizim də müəyyən təşkilatlarla müzakirələrimizdən sonra qərarlarımızı elan edəcəyik”.

Rusiya 120 min əsgər itirdi: Q*an su yerinə axır!
Son xəbərlərDaha çox