Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-19 15:51:00
Fransada təhsil alan azərbaycanlı tələbə: “Karantin qaydalarını pozanlar həbs olunur”

İlk gündən deyilir ki, koronovirusdan qorunmağın ən yaxşı yolu izolyasiya-evə qapanmadır. Bu təkcə ölkəmizdə belə deyil, eyni zamanda xaricdə yaşayan soydaşlarımız üçün də keçərlidir. Bir çox tələbəmiz yaşadıqları xarici ölkələrdə özlərini izolasiya ediblər, evdən çıxmırlar. Onlardan biri də Fransada təhsil alan Nurlan Əlilidir. Onun sözlərinə görə maska problemi Fransada da yaşanır.

 

“Apteklərdə maska bitib kimi yazılarla rastlaşırıq”

 

“Fransanın Monpele şəhərində təhsil alıram. Bu şəhərdə digərlərinə nisbətən vəziyyət daha sabitdir. Burada virusdan ən çox əziyyət çəkən şəhər Moendir. 24 saat karantin rejimində saxlanılır. Yaşadığım Monpele şəhərində isə axşam saat 10-dan gecə 5-dək karantin rejimi davam edir. Günün digər saatlarında online icazə alaraq, aptek və marketlərə gedə bilirik. Karantin rejimini ilk dəfə pozan şəxs 135 avro, ikinci dəfə 1500 avro cərimə ödəməli olur. Üçüncü dəfə isə həbs olunur. Apteklərdə maska bitib kimi yazılarla rastlaşırıq.

 

Marketlərdə ara məsafə 1-2 metr gözlənilməklə alış-veriş edilir. Yarım və 1 saat növbə gözləməli oluruq. Nadir hallarda növbəsiz olur. Bütün mağazalarda məhsul boldur və heç bir qıtlıq yaşanmır. Sadəcə martın 15-də E.Makronun qərarından sonra marketlərdə sıxlıq yaranmışdı”.

Qeyd:Mənbə: “ATV qərarhag”

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları