Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-13 16:26:00
Azyaşlı uşaqlarla iş zamanı vacib olan psixoloji tövsiyələr-Müəllimlərin diqqətinə  

 

Müəllim gənc nəslə ictimai təcrübəni mənimsədən və onu həyata keçirməyi öyrədən şəxsdir.

 

Cəmiyyətin inkişafında onun rolu əhəmiyyətli və əvəzedilməzdir.

 

Müasir dövrdə müəllimlik anlayışı yeni-yeni keyfiyyətlər hesabına daha da zənginləşib. Müasir cəmiyyətdə müəllim yüksək nəzəri biliklərə, mədəniyyət və mərifətə, pedaqoji etikaya malik yetkin bir şəxsiyyətdir.

 

Müəllim gənc mütəxəssislərin şəxsiyyətini formalaşdırır, dünyagörüşünün təşəkkül etməsinə və inkişafına şərait yaradır.

 

 İlk dəfə uşaqların müəllimlə tanışlığı məktəbəqədər təhsil dövründən başlayır. Müasir cəmiyyətdə müəllim müxtəlif funksiyaları yerinə yetirir. Hər şeydən əvvəl müəllim məktəbdə təlim və tərbiyə prosesini həyata keçirir, şagirdləri yeni-yeni biliklərlə silahlandırır.Məhz buna görə məktəbəqədər təhsil mərhələsində müəllimin uşaqla necə rəftar etməsi onun psixologiyasına təsir göstərir.

 

 

-Bu barədə AzEdu.az psixoloq Leyla Əli ilə müəllimin etik davranış prinsiplərinin uşaq psixologiyasına təsiri haqqında həmsöhbət olub:

 

-Ümumi psixologiyadan xəbərsiz  müəllim predmetinin  ümumi qanunauyğunluqlarını da bilməz.  Pedaqoji psixologiyanı bilməyən müəllim ayrı-ayrı yaş dövrlərində uşaq psixikasının şəxsiyyətinin inkişaf qanunauyğunluqlarını, özünəməxsus xüsusiyyətlərini, onları təlim və tərbiyə eyməyin psixoloji qanunauyğunluqlarını, təlim və tərbiyənin uşaq şəxsiyyətinin və psixikasının inkişafına təsirini proqnozlaşdırmağı bilməz.

 

-Ümumiyyətlə, müəllim davranış tərzində daha çox nələrə diqqət etməlidir?   necə olmalıdı

 

-Müəllimlər anlayışlı olmalı, psixologiyaya dair bilgilərini artırmalı, uşaqlarla müxtəlif oyunlar təşkil edilməlidir. Uşaq müəllimdən qorxmamalı, müəllimə hörmət etməlidir.

 

-Məktəbəqədər təhsil müəllimlərinin qeyri-etik davranışları uşaq psixologiyasına necə təsir edir?

 

-Ümumiyyətlə, deyə bilərəm ki ,məktəbəqədər təhsil müəllimləri uşaq pedoqogikası ilə yanaşı uşaq psixologiyasını da mükəmməl bilməlidir. Əlbəttə, müəllimlərin qeyri-etik davranışı uşağın psixologiyasına mənfi təsir edir. Gələcəkdə psixoloji travmaların, problemlərin yaranmasına səbəb olur. Son zamanlar uşaqların bağçalarda yaşadığı sarsıntılarla əlaqədar psixoloqlara müraciət sayının çoxalması müşahidə olunur.

 

-Müəllimlər uşaqlarla ünsiyyətdə olarkən daha çox hansı etik davranış prinsiplərinə riayət etməlidirlər?

 

-Müəllim əsasən nitq mədəniyyəti etikasına diqqət etməli, uşaqlara qarşı hansı ifadəni, cümləni söyləyəcəyinə fikir verməli, həmçinin, qanunla müəyyən olunmuş etik davranış prinsiplərini pozmamalıdır.

 

-Müəllimlər nadinc uşaqlarla necə rəftar etməlidirlər?

 

-Nadinc uşaqlarlın psixologiyası ilə  ailə, pedoqoq, psixoloq birgə maraqlanmalıdırlar. Mükafat və məhrum etmə metodu bu tipli uşaqlarla iş zamanı mühüm yer tutur.

 

-Ailə problemləri məktəbəqədər olan uşağın psixologiyasına nə dərəcədə ziyan vurur?

 

Son zamanlar ailələrdə boşanmalar,valideynlər arasında konfliktlər uşaqlarda depressiya, aqressivlik özünə qapanma kimi problemlərə yol açır.

 

-Uşaqlar neçə yaşdan məktəbəqədər təhsilə cəlb olunmalıdır?

-5-6 yaş məktəbəqədər təhsil üçün ideal yaşdır.

 

 

Ülkər Abdurahmanlı
Müəllifin digər yazıları