Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-13 14:00:00
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 600-dən çox magistrant onlayn tədrisə cəlb olunub

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığı nəzərə alınaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsilin davamlılığının təmin edilməsi məqsədilə bütün dərslər onlayn şəkildə tədris olunur.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, “Zoom call” proqramı ilə tədris olunan onlayn dərslərə bu günə qədər magistratura pilləsində ümumilikdə 608 nəfər (I kurs magistrantlar – 573 nəfər və TEMPUS proqramı üzrə - 35 nəfər) cəlb olunub.

 

Qeyd edək ki, onlayn dərslər mühazirə və məşğələ, laboratoriya dərsləri mövzulara uyğun olaraq tələbələrin suallarına cavab və diskussiya formatında aparılır.