Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-10 11:51:00
“Məktəb fizika kursunun elmi əsasları” adlı dərs vəsaiti çap olunub  

Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının baş müəllimi fizika ü.f.d. Razim Bayramlının həmmüəllifi olduğu “Məktəb fizika kursunun elmi əsasları” adlı dərs vəsaiti çap olunub.

Dərsliyin hazırlanmasında məqsəd gələcəkdə ümumtəhsil məktəblərində fizika fənnini tədris edəcək müəllimlərin fizikanın elmi əsaslarını, tədris prosesində müxtəlif fiziki hadisələrin elmi izahını şagirdlərə başa düşəcəyi şəkildə düzgün izah etmək, həmçinin zəruri nəzəri modellər və riyazi ifadələri təcrübi faktlarla əlaqələndirə bilməkdir.

Kitabda məktəb fizika kursunun müasir təsnifatı üzrə aparılmış bölmələri-mexanika, molekulyar fizika və termodinamika, elektrik və maqnetizm, optika, atom, nüvə və elementar zərrəciklər fizikasının əsasları öz əksini tapıb. Bununla yanaşı, mövzuların sonunda tədris zamanı meydana çıxan çətinliklər və onların izahları verilib.

Vəsait universitet tələbələri, orta məktəb müəllimləri və abituriyentlər üçün faydalı ola bilər.

Qeyd edək ki, dərs vəsaiti Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Fizika müəllimliyi” ixtisası üzrə bakalavr hazırlığı üçün “Məktəb fizika kursunun elmi əsasları” adlı fənn proqramı əsasında tərtib olunub, BMU-nun Tədris-Metodiki Şurasının 28.02.2020-ci il tarixli qərarı və 2419 saylı əmri ilə çap edilib.