Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-09 14:39:00
Məcburi köçkün məktəbinin müəllimi: “Bəzi yerlərdə şəbəkə belə tutmur”-Distant təhsil

 

 Məktəblərdə tədrisin təxirə salındığı bir zamanda alternativ vasitələrdən- onlayn dərslər, elektron vəsaitlər istifadə ən əlverişli üsuldur.

 

Bəs şagirdlərimiz onlayn dərslərə qoşula  bilirmi?

 

Mövzu ilə bağlı AzEdu.az-a  danışan  Goranboyda yerləşən Kəlbəcər rayon 32 nömrəli tam orta məktəbinin dil və ədəbiyyat müəllimi Eyvaz Əyyub bu sistemin tam həyata keçirilməsi üçün lazımlı şərait olmadığını bildirib:

 

“Əvvəla, bizdə hələ bu sistem formalaşmayıb. Çünki Azərbaycan təkcə Bakı, Gəncə və s. şəhərlərdən ibarət deyil. Bəzi ucqar dağ kəndləri var ki, orda nəinki internet, heç şəbəkə belə tutmur. İnternetin qiymətinin baha və keyfiyyətin isə ucuz olmağı bu sistem üçün problemdir. Bəzi ailələr var ki, gündəliyə işləyirlər, hazırda onların maddi durumu çox ağırdı, onların nə son model telefon, nə kompüter almağa imkanları var”.

 

“Evdə qal, təhsildən qalma”

 

O qeyd edib ki, internet problemi olmayanda normal qaydada dərs keçib yaranan boşluqları  aradan qaldırmaq olur:

 

“Son günlər "evdə qal, təhsildən qalma" adı altında imkansız ailələrə yardım məqsədilə ödənişsiz onlayn dərslər keçməyə qərara aldım. Hazırda  hər birində 20 şagird olmaqla iki vatsap qrupum var. Burda məqsəd oxumaq istəyib də, oxuya bilməyən şagirdlər üçündür.  İnterneti normal şəraitdə olan şagirdlərlə dərs keçmək olur, amma bəzən isə ümumiyyətlə qoşulmaq olmur. Ən azından nəyisə öyrətmək mümkündür”.