Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-09 13:37:00
BMU-da keçirilən onlayn dərslərdə tələbələrin 82 faizi iştirak edib  

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq Bakı Mühəndislik Universitetində (BMU) tədris prosesi məsafədən tədris platforması olan Google Classroom LMS (Learning.Managament System) vasitəsilə həyata keçirilməkdədir.

AzEdu.az xəbər verir ki, ümumilikdə, universitet üzrə dərslərin 86 faizi onlayn formada təşkil edilib və tələbələrin 82 faizi bu dərslərdə iştirak edib.

Qeyd edək ki, fakültə və kafedraların məsul şəxsləri tərəfindən bütün dərslərə nəzarət olunur. Bununla yanaşı, onlayn dərsdə iştirak edə bilməyən tələbələr nəzərə alınaraq, dərslərin böyük əksəriyyətinin video qeydiyyatı aparılır. İnternet imkanları məhdud olan BMU tələbəri daha sonradan həmin dərs materiallarını izləmək imkanına malikdirlər.