Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-09 11:50:00
Rektor onlayn dərslərin keyfiyyətindən yazdı

“İstənilən dərsə baxış sayı 500-3000 və daha çox arasında dəyişir”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov deyib.

 

O, onlayn dərslərlə bağlı fikirlərini bildirib.

 

“Hörmətli həmkarlar, müəllimlər, koronavirusla bağlı yaranan  vəziyyətlə əlaqədar online dərslərimiz davam edir, çoxlu sayda müəllimlərimiz növbədə duraraq öz mühazirələrini söyləmək istəyirlər. 

 

Bu dərslərin faydalı cəhətlərindən biri də odur ki, respublika ictimaiyyəti aqrar sahədə çalışan, kadrlar hazırlayan müəllimlərini, mütəxəssislərini tanıyır. 

 

İstənilən dərsə baxış sayı 500-3000 və daha çox arasında dəyişir, adi auditoriyada bizi maksimum 60-90 nəfər dinləyə bilirdi. Bu gün dediyimiz online mühazirələr ADAU TV və YouTube kanallarında saxlanılır və istənilən vətəndaş, istədiyi vaxtda bu kanallara daxil olaraq mühazirələri izləyə bilir. Bu çox mühüm meydandır. O, müəllimin bütün bilik və bacarıqlarını ortaya qoyur. Gəlin tələbələrimizə online dərslər deməklə yanaşı ölkə ictimaiyyətinə də özümüzü təqdim edək, tanıdaq!

Sizin rektor”.

 

Qeyd edək ki, ölkəmizdə hazırda bir çox universitetlər onlayn dərs sisteminə keçib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları