Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-08 17:56:00
Proqrama uyğun olaraq teledərslər təqdim edilib

“Dərs vaxtı” verilişində aprelin 8-də Azərbaycan və rus bölmələri üçün proqrama uyğun olaraq dərslər keçirilib.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişində Azərbaycan bölməsi üzrə I, II, V, IX, X və XI siniflər, rus bölməsi üzrə isə II, VIII, X və XI siniflər üçün dərslər təqdim edilib.