Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-07 17:25:00
Təhsildə taksonomiyalar nə üçün lazımdır?-İZAH

 

Şagird şəxsiyyətinin inkişafında taksonomiyaların rolu böyükdür. Taksonomiya – yunan sözüdür (taxus – qayda ilə yerləşmə+ romos – qanun deməkdir).Təlim məqsədlərinin taksonomiyası tədris prosesini elmi-metodik səviyyədə planlaşdırmaq və onun nəticəsini ölçmək imkanı verir. Prof. Ə.Əlizadə bu sahədə apardığı araşdırmalarında belə bir qənaətə gəlir ki, “Təlim məqsədlərinin taksonomiyası ayrı-ayrı fənlər və siniflər üzrə konkretretləşdirilməli, ədəbiyyat və fizika fənni üzrə spesifik cəhətlər elmi-metodik ölçülərlə müəyyənləşdirilməli, dövlət standartları və yaş normativləri kontekstində açıqlanmalıdır. Bu mühüm məsələni metodistlərimiz psixoloq və pedaqoqlarla birlikdə həll etməlidirlər”

 

Təhsildə taksonomiyalar nə üçün lazımdır? AzEdu.az sənədlərə əsasən sualın cavabını təqdim edir:

 

Kurikulum islahatı təhsil islahatının əsas istiqamətlərindən biridir.Bu sahədə görülmüş işlərin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 oktyabr tarixli 233 nömrəli qərarı ilə «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» konseptual sənədi təsdiq edilmiş, onun əsasında fənn kurikulumları hazırlanmışdır. Burada fənnin məzmunu nəticəyönümlü yanaşma əsasında müəyyən olunmuş və əsas diqqət şagirdin nümayiş etdirməli olduğu fəaliyyətlərə yönəldilmişdir. Milli Kurikulum sənədinin, eləcə də fənn kurikulumların elmi- psixoloji əsasını təlim məqsədlərinin taksonomiyası təşkil edir.

 

Problem baxımından tədqiqat işlərinin təhlili nəticəsində sualı belə cavablandırmaq olar: “Təhsildə qarşıya düzgün məqsəd qoymaq, təhsilalanların tapşırıqları düzgün formulə etmələri, adekvat qiymətləndirmə vasitələri seçmək, təlim nəticələrinə əsasən düzgün təhlil aparmaq üçün.

 

Təlim məqsədlərinin taksonomiyası 30-cu illərdən başlayaraq tədqiqat obyekti kimi müxtəlif alimlər tərəfindən yaradılmışdır.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları