Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-06 13:12:00
Təhsil xərclərinin ödənilməsi üçün böyük məbləğ ayrıldı - Kimlərə aiddir? -Nazirin müşaviri

“Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil nazirinin müşaviri Elnur Məmmədov şəxsi facebook səhifəsində yazıb.

 

O, ayrılan məbləğin hansı istiqamətlər üzrə istifadə olunacağını bildirib.

 

“Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində təsdiq edilən  “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli sərəncamınım 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”na əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub. Bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə Nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib.

 

Təbii olaraq, bu tədbirin konkret olaraq hansı ailələrin üzvü olan tələbələrə aid olmasına və təhsil haqqının hansı şərtlərlə ödənilməsinə dair hazırda sosial mediada çoxsaylı suallar verilir, rəy və mülahizələr irəli sürülür. Bəzi hallarda verilən suallara şərhlərdə konkret cavablar da verilir (bu sizə aiddir/aid deyil, artıq ödənilmiş məbləğ nəzərə alınacaq/alınmayacaq, yalnız ali təhsilə aiddir və sair).

 

Xahiş edirəm nəzərə alasınız ki, hazırda sərəncamdan irəli gələn məsələlər müzakirə olunur və qərar layihəsi üzərində iş gedir”

 

Qeyd edək ki,  qəbul və elan ediləndən sonra, verilən bütün suallara dəqiq cavab vermək olacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları