Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-05 14:06:00
Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunmuş müsabiqə üzrə müsahibə davam edir

Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

AzEdu.az xəbər verir ki,müsahibədə indiyədək 38 nəfər uğur qazanıb. Onlardan 10-u Kənd Təsərrüfatı Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 10-u Energetika Nazirliyində, 9-u isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.

 

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə iyulun 27-də başa çatacaq.