Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 17:29:00
Türkiyə distant təhsil üzrə ikinci yeri tutur

AzEdu.az xəbər verir ki, Türkiyə  koronavirus  pandemiyası (COVID-19) ilə əlaqədar ümummilli səviyyədə distant təhsil sisteminə keçən dünyanın ikinci ölkəsidir.  Çin öz vətəndaşlarına ümummilli miqyasda distant təhsil almaq imkanı verən ilk ölkə olub.  Çinin nümunəsini  isə Türkiyə təkrar edib.

 

Qeyd edək ki, bu gün 1,5 milyarddan çox şagird (87%) dünyanın 184 ölkəsində COVID -19 təhlükəsi səbəbindən təhsil prosesini dayandırmaq məcburiyyətində qalıb.

 

COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində Türkiyə hökuməti bütün orta məktəblərdə planlaşdırılmamış tətillər  elan edib. Bununla yanaşı, ölkənin Təhsil Nazirliyi qısa müddət ərzində üç telekanal üzrə dərslərin yayımına başlayıb, həmçinin milli təhsil informasiya şəbəkəsinin (EBA) imkanlarını artırıb.

 

18 milyondan artıq şagird üçün distant təlimə martın 23-də TRT-EBA telekanalının efirində start verilib. Bu zaman distant təhsil müddəti aprelin 30-dək uzadılıb.

 

İbtidai, orta və ali siniflər üçün dərslər üç müxtəlif televiziya kanalı ilə yayımlanır. Hər dərsin müddəti 20-25 dəqiqədir. Yayım axşama qədər davam edir.

 

Türkiyənin ən böyük rəqəmsal təhsil platforması olan EBA təhsilalanlara 1600 dərsə giriş imkanı verir. Sistem 20 mindən çox materialı ehtiva edir.

 

Təhsilalanlar və müəllimlər arasında ünsiyyət prosesini asanlaşdırmaq və dərsləri daha məhsuldar etmək üçün  Təhsil Nazirliyi, həmçinin pilot rejimdə 8 və 12-ci sinif şagirdləri üçün qrup şəklində onlayn məşğələlər proqramını işə salıb. Proqrama,  təxminən 1,7 milyon 8-ci sinif şagirdi və 1 milyon 12-ci sinif şagirdi qoşulub.

Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)