Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-03 17:11:00
“Şagirdlərin yekun qiymətləndirilməsi necə hesablanacaq?”- MƏCHUL MƏSƏLƏ

 

 

Orta məktəbdə dərslərin təxirə salınması məktəbdaxili qiymətləndirmənin keçirilməsində də problemlər  yaradıb.

 

Bu da yarımillik və illik qiymətlərin çıxarılmasında qeyri-müəyyənlik yaradıb. Belə ki, qaydalara əsasən şagirdlərin yekun qiyməti kiçik və böyük summativ qiymətlərin əsasında hesablanır və hər fəndən yarımil ərzində 3 kiçik summatıv qiymətləndirmənin keçirilməsi məcburidir.

 

Bəs indiki halda şagirdlərin yekun qiymətləndirilməsi necə hesablanacaq?

 

AzEdu.az-a danışan professor Fərrux Rüstəmov məsələyə münasibət bildirib.

 

“Bununla  bağlı Nazirlik yəqin ki bir tövsiyə verəcək. Əgər may ayında dərslər keçirilsə, problem olmaz. Həmin ayın nəticələrinə görə illik qiymət çıxarmaq olar. Allah eləməsin ki, dərslər may-iyunda olmasın, onda...???  Hər halda, Təhsil  Nazirliyi yəqin ki bir şey fikirləşir. Ali məktəbdə isə problem olmayacaq”.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin son qərarına görə tədrisin aprelin 20-dən etibarən başlaması nəzərdə tutulur.