Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-02 15:38:00
Nazirlikdən “Virtual Məktəb”ə qoşula bilməyənlərlə bağlı AÇIQLAMA

“Bu gündən Təhsil Nazirliyinin bütün ölkə ərazisini əhatə edən yeni "Virtual məktəb" layihəsinə qeydiyyat başlayıb”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil nazirinin müşaviri Elnur Məmmədov şəxsi facebook səhifəsində yazıb.

 

O, bildirib ki, qeydiyyatdan  istənilən vaxt keçmək mümkündür və əlavə vaxt və ya saat məhdudiyyəti müəyyən edilməyib.

 

“ Ölkənin bütün ərazisinə yayımlanan "Teledərslər"lə yanaşı, "Virtual məktəb" layihəsi Nazirlik tərəfindən şagirdlərin istifadəsinə verilmiş məsafədən tədris almaq üçün əlavə imkandır.

 

"Virtual məktəb" layihəsi əsasında ənənəvi məktəbdaxili qiymətləndirmə aparılmayacaq. Burada şagirdlərə əsasən, özünü qiymətləndirmə alətlərini, müəllim və sinif yoldaşları ilə interaktiv  qurmağı və bir sıra digər yeni imkanları təqdim edəcək”.

 

 

Elnur Məmmədov vurğulayıb ki,  "Virtual məktəb" layihəsinə bu və ya digər obyektiv səbəbdən qoşula bilməyən şagirdlərin vəziyyəti başa düşüləndi:

 

”Onların hansısa şəkildə bu layihəyə qoşulmasına məcbur edilməsindən və ya cəzalandırılmasından söhbət gedə bilməz.

 

"Virtual məktəb" layihəsi müəllimlər tərəfindən mart ayının əvvəlindən müxtəlif proqram təminatları üzərindən fərdi şəkildə apardığı onlayn dərsləri istisna və ya qadağa etmir, sadəcə vahid platforma üzərindən daha geniş imkanlar verir. Bu fədakar müəllimlərə cəza yox, alqış düşür.

 

"Virtual məktəb" layihəsi qarşılıqlı əməkdaşlıq prinsipi üzərində qurulub və bu barədə bütün yerli təhsili idarəetmə orqanlarına məlumat verilib.

 

Hazırkı vəziyyətdə hər bir faydalı imkandan istifadə edilməlidir”.

 

Qeyd edək ki, ölkəmizdə olan təhsil müəssisələrində tədris,təlim və bununla bağlı bütün məsələlər 20 aprelədək təxirə salınıb

Şükufə Süleymanlı
Müəllifin digər yazıları