Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-30 16:02:00
“Distant təhsil ancaq ödənişsiz olmalıdır” – Müəllimdən həmkarlarına çağırış  

 

Nazirlər Kabinetinin qərarına əsasən tədrisin  bir müddət təxirə salınması onlayn, distant təhsil modelinə zərurət yaratdı.

 

Bu model təhsilin fasiləsizliyi təmin etməklə yanaşı, repetitorluğun sərhədlərini də genişləndirdi.

 

Müəllimlərin əksəriyyəti sosial şəbəkələrdə onlayn kurslarını reklama başlayıb. Təbii ki, bunu müsbət qarşılayanlarla yanaşı, sərt reaksiya verənlər də olub.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan orta məktəb müəllimi Tural Topçuyev müəllimlərin şagirdlərə ödənişli onlayn dərslər keçməsini doğru hesab etmədiyini vurğulayıb.

 

“Bildiyiniz kimi,  bütün təhsil müəssisələri artıq bir aya yaxındır ki, fəaliyyət göstərmir. Bunu fürsət bilən bir qrup müəllimlər həmən hərəkətə keçib, distant təhsilin reklamına başlayıblar. Yaxşı işdir, sağ olsunlar, bəyəniləndir. Lakin onlar həqiqətən də fikirlərində öyrətmək üçün səmimidirlərsə, onda  bu işi ödənişsiz etsinlər. İstər məktəb müəllimləri, istərsə də mövcud vəziyyətdən əvvəl repetitorluqla məşğul olanlar şagirdlərə heç bir haqq tələb etmədən istiqamət verməlidir”.

 

Qeyd edək ki, şagirdlər  dərslərdən uzaqlaşmamaq üçün Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzinin ödənişsiz xidmətlərindən istifadə edə bilərlər.