Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-29 17:14:00
Bölgə universitetindən tələbələrə əla şans - Video mühazirələr "Şəxsi kabinet"lərə yerləşdirildi

Lənkəran Dövlət Universiteti koronovirus pandemiyası səbəbindən tədris prosesinin müvəqqəti dondurulmasından sonra tələbələrin təhsilə adaptasiyası üçün daha bir addım atıb.

 

AzEdu.az xəbər verir ki,  LDU-nun rektoru vəzifəsini icra edən prof. Natiq İbrahimovun göstərişinə əsasən yaz semestrində keçirilən dərslərin fənn sillabusları, mühazirə mətnləri və digər tədris materialları (video mühazirələr) tələbələrin internet üzərindən yayımlanan şəxsi kabinetlərində yerləşdirilib.

 

Video mühazirələrin ardı çəkilib hazırlandıqca, onların şəxsi kabinetdə yerləşdirilməsi təmin olunacaqdır.

 


Bütün sillabuslarda müəllimlərin e-mail ünvanları və telefon nömrələri göstərilib.


Tələbələr yaranmış fasilə müddətində sillabuslarda verilmiş mövzular üzrə hazırlıqlarını davam etdirməli, öyrənmə prosesində çətin qavranılan mövzular və ya qarşıya çıxan suallarla bağlı fənn müəllimləri ilə sıx əlaqədə çalışmalıdırlar.