Azedu.az

Məleykə Abbaszadə və DİM rəhbərliyi maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdü

Dövlət İmtahan Mərkəzi

29 Mart 2020, 10:40
Məleykə Abbaszadə və DİM rəhbərliyi maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdü

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 1 aylıq vəzifə maaşının 4 mislini, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov 1 aylıq vəzifə maaşını, Mərkəzin digər rəhbər şəxsləri isə aylıq vəzifə maaşının 50%-ni Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

 

AzEdu.az xəbər verir ki, yardımın edilməsində məqsəd COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, həmçinin yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir. 

İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi
Son xəbərlərDaha çox