Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-29 10:29:00
Peşə məktəblərində oxuyan əcnəbilərlə bağlı yenilik

Azərbaycanda peşə təhsili müəssisələrində təhsil alan əcnəbilərə müvəqqəti yaşamaq icazəsi veriləcək.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinin 45-ci maddəsinə (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) dəyişiklik edilir.

 

Məcəllənin 45.1.9-cu bəndinə təklif olunan dəyişikliklə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və peşə təhsili ümumi təhsil müəssisələrində təhsil aldıqda müvəqqəti yaşamaq üçün icazə veriləcək. (report.az)