Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-28 14:03:00
"Əhalinin hər min nəfərinə düşən alim sayına görə Azərbaycan bir çox ölkələrdən geridə qalır...”    

Bəşəriyyətin müasir tərəqqisi məhz elmin inkiaşfı ilə mümkün olmuşdur. Günümüzdə elmi potensialı güclü olan dövlətlər həm də dünyada əsas söz sahibləridirlər.

AzEdu.az xəbər verir ki, 850 il bundan əvvəl dahi Nizaminin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” kəlamı indi sözün həqiqi mənasında öz təsdiqini tapıb. Elmi-texniki səviyyəsi yüksək olan ölkələr böyük qüdrətə sahibdirlər.

Bəs Azərbaycanda necə, elm günümüzün tələblərinə cavab verirmi? Vermirsə, bunun üçün nə etmək lazımdır?

Moderator.az-ın suallarını cavablandıran millət vəkili, MM-in Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev hesab edir ki, Azərbaycan elmi müəyyən inkişaf tarixinə malik olsa da, onu zəmanəmizin tələbinə uyğunlaşdırmaq üçün xeyli iş görülməlidir:

“Azərbaycanda ilk universitet 1919-cu ildə AXC dövründə yaradılan Bakı Dövlət Universitetidir.  Ölkəmizdə elə elmin inkişaf tarixi də həmin vaxtdan başlayır desək, səhv etmərik.

Sonralar 1945-ci ildə AMEA yaradıldı və ilk olaraq 15 nəfər Akademiyaya üzv seçildi. Onların içərisində Akademiyanın ilk prezidenti Mirəsədulla Mirqasımov, Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Mirəli Qaşqay, Səməd Vurğun və sair kimi çox nüfuzlu şəxsiyyətlər olub.

Bununla da Azərbaycanda elmin inkişafı yeni mərhələyə qədəm qoyub. Bu mərhələni iki hissəyə də ayırmaq olar: Sovet dövrü və müstəqillik dövrü.

 Burada bir məsələni də vurğulamağı zəruri hesab edirəm ki, istər Sovet dövründə, istərəsə də müstəqillik illərində Azərbaycan elminin inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin hər zaman böyük dəstəyi olub”.

Deputatın sözlərinə görə, o da nəzərə alınmalıdır ki, müasir elmin inkişafı böyük maddi vəsait tələb edir:

“Əslində bütün dövlətlər elmin inkişafına böyük sərmayə qoyurlar. Artıq elə bir dövr gəlib ki, indi elmə ayrılan vəsait təhsilə ayrılan vəsaiti üstələyir. Bunun başqa yolu da yoxdur. İndi universitetlər tədqiqat universitetinə çevrilməklə nüfuzlarını artırırlar.

İndiki şərait elədir ki, elmin inkişafını şərtləndirən bir neçə amil var. Birincisi, elmə ayrılan vəsaitdir. Dünyanın elmi inkişaf edən ölkələrində bu sahəyə ayrılan vəsait 3-4% civarında olur. Buna görə də bizdə də elmə ayrılan vəsait artırılmalıdır. Etiraf edək ki, Azərbaycanda elmə ayrılan vəsait lazım olan səviyyədə deyil. Texnika, İKT, tibb və təbiət elmləri və s. sahələrdə aparılan tədqiqatların kəmiyyəti və keyfiyyəti artırılmalıdır.

Azərbaycan inkişaf etməkdə olan ölkə olduğu üçün bizim çox güclü mütəxəssilərə ehtiyacımız var. Onların, əsasən xarici ölkələrdə yetişdirilməsinə diqqət vermək lazımdır”.

Etibar Əliyevin sözlərinə görə, bir neşə il əvvəl gənclərin xaricdə təhsil alması ilə bağlı dövlət proqramı həyata keçirilirdi, bu işin davam etdirilməsinə ehtiyac var:

“Digər tərəfdən elmi tədqiqatların aktivlik indeksi yüksəldilməlidir. Əhalinin hər min nəfərinə düşən alim sayına görə Azərbaycan bir çox ölkələrdən geridə qalır”.

Millət vəkili elmin inkişaf etdirilməsinin yollarını da göstərib:

“Hesab edirəm ki, yüksək elmi dərəcə daşıyan alimlər gənc alimlərin yetişməsində fəal və maraqlı olmalıdıırlar. Yeni elmi istiqamətlər yaradılmalıdır. Nə qədər alim yetişsə, ölkənin elm potensialı o qədər güclü olar.

Xüsusən orta və gənc nəsl alimlərimizin xarici ölklərdə təcrübə keçməsi təşkil edilməlidir. Elmlər Akademiyası xeyli dərəcədə gəncləşməlidir. Rəhbərlik bunu qarşısına məqsəd kimi qoymalıdı.Yeni nəsil alimlər yetişdirilməlidir. Təbii ki, bütün bunlar üçün xeyli vəsait də lazımdır. Lakin bilmək lazımdır ki, bu vəsait gələcəkdə ölkəmizə böyük faydalar verəcəkdir.

İstedadlı gənclər bütün dünyada artıq orta məktəblərdən seçilir. Onlar izlənilir və universitetlərə cəlb edilirlər. Bu praktika bizdə də həyata keçirilməlidir. Bu prosesə orta məktəblərin yuxarı siniflərindən başlamaq lazımdır. Etiraf edək ki, bu gün bizim universitetlərin maddi-texniki bazası zamanın tələbinə tam cavab vermir”.

SONDA:

Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə yaradılıb. İlk mərhələdə Akademiyanın 4 bölməsi, 16 elmi tədqiqat institutu olub. Elm ocağının ilk prezidenti görkəmli alim Mirəsədulla Mirqasımov seçilib. Sonrakı illərdə  EA-a Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013), Akif Əlizadə (2013-2019) rəhbərlik etmişlər.

2019-cu ildən AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevdir.

AMEA yarandığı tarixdə Rəyasət Heyətinin ilk həqiqi üzvləri isə bu görkəmli çəxslər olublar:

Üzeyir Hacıbəyov, Səməd Vurğun, İosif Yesman, Ələşrəf Əlizadə, Mirəsədulla Mirqasımov, İvan Şirokoqorov, Aleksandr Qrossheym, Mustafa Topçubaşov, Yusif Məmmədəliyev, Mirzə İbrahimov, Şamil Əzizbəyov, Heydər Hüseynov, Mirəli Qaşqay, Sadıq Dadaşov, Mikayıl Hüseynov.

Hazırda Elmlər Akademiyasının 10 minə yaxın əməkdaşı var. Onlardan 4.939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktorudur. Akademiyanın 72 həqiqi üzvü, 112 müxbir üzvü var.

kün olmuşdur. Günümüzdə elmi potensialı güclü olan dövlətlər həm də dünyada əsas söz sahibləridirlər. Bir sözlə, 850 il bundan əvvəl dahi Nizaminin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” kəlamı indi sözün həqiqi mənasında öz təsdiqini tapıb. Elmi-texniki səviyyəsi yüksək olan ölkələr böyük qüdrətə sahibdirlər.