Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-27 15:15:00
Rektordan tələbələrə müraciət

“Sizdən xahiş edirəm ki, evlərinizdə oturub, bu təhlükəli virusun yayılmasına mane olasız”.

AzEdu.az xəbər verir ki bu sözləri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov deyib.

O, universitetin tələbə heyətinə müraciət edərək, bu çətin günlərdə onlara məsləhətlərini verib.

 

“Əziz tələbələrim, dəyərli dostlarım, bir daha sizə müraciət etmək istəyirəm ki, koronavirusla bağlı çox təhlükəli duruma görə evlərinizdə oturub  bu təhlükəli virusun yayılmasına mane olasız. Həmçinin, istehsalat təcrübələri də karantin müddətində təxirə salınır, Sizin sağlamlığınızın qorunması hər şeydən vacibdir, dövlətin həyata keçirdiyi bütün tədbirlərə əməl etməklə, təhlükədən qurtula bilərik. Biz böyük xalqıq, gəlin, bu karantin dövründə sadəcə evlərimizdə oturaq, dərslərimizi vərəqləyək, vaxt tapıb oxuya bilmədiyimiz bədii və elmi kitablarımızı oxuyaq, online dərslərini izləyək, yaşadığımız məhəllələrdə, kəndlərdə, qəsəbələrdə, şəhərlərdə karantin şərtlərinə əməl etməklə hamıya nümunə olaq, ADAU brendinə hörmət edək. Pis günün ömrü az olar, doğma universitetimizdə görüşənədək”!

Qeyd edək ki, təhsil müəssisələrində tədris prosesi  COVİD-19 pandemiyasının qarşısını almaq üçün aprel ayının 29-dək dayandırılıb.