Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-26 17:27:00
"Ali məktəbə internetlə daxil ol"

Rusiya universitetlərinə qəbul üçün sənədləri internet vasitəsilə təqdim etmək mümkün olacaq

 

 

Rusiyanın Elm və Ali Təhsil Nazirliyi universitetlərə qəbul üçün sənədlərin məsafədən verilməsini təklif edir.   Bu barədə Rusiyanın  elm və ali təhsil naziri Valeri Falkov  keçirdiyi brifinqdə bildirib.  Onun sözlərinə görə, 2020-ci ilin yayında Rusiya universitetlərinə qəbul üçün sənədləri internet vasitəsilə təqdim etmək mümkün olacaq.


Nazirlik xüsusi olaraq bu məqsədlə yaradılan  "Ali məktəbə internetlə daxil ol" xidmətinin tətbiqinə başlayıb.  Sənədlərin təqdim olunması və  ali məktəbə qəbulun "Dövlət xidmətləri"  portalı vasitəsilə mümkün olacağı güman edilir. Əvvəlcə 50 universitetə sənədlərin verilməsinin təşkili nəzərdə tutulsa da, hazırda nazirlik xidmətin genişləndirilməsinə qərar verib.

 

"Gəlin, bu seçim vasitəsi ilə xüsusi qəbul komissiyalarında fiziki iştirak olmadan universitetlərə daxil olma prosedurunu daha rahat etmək üçün necə istifadə edilə biləcəyini görək",- deyə nazir bildirib.
Məlum olduğu kimi,  iyunun 20-də universitetlər qəbul kampaniyalarına başlamalıdır. Bu vaxta qədər isə nazirlik xaricdən gələn əcnəbilərin qəbulunun necə təşkil edilməsi  və  vahid dövlət imtahanları ilə yanaşı olaraq icbari hesab edilən yaradıcı qəbul imtahanlarının necə aparılması  məsələsini həll etməlidir.