Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-26 12:42:00
FIDE Teymur Rəcəbovun imtina etdiyi turniri dayandırmalı oldu

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiyanın Yekaterinburq şəhərində keçirilən İddiaçılar Turnirini dayandırıb.

 

AzEdu.az xəbər verir ki, Rusiya hökuməti sabahdan etibarən digər ölkələrlə hava nəqliyyatını dayandırmaq barədə qərar verib.

 

Dünya şöhrətli şahmatçıların və rəsmilərin evlərinə qayıda bilməsi üçün FIDE yeddi turun nəticələrini etibarlı hesab etməklə yarışı dayandırıb. Yarış daha sonra VIII turdan etibarən davam etdiriləcək. Bunun üçün yeni tarix daha sonra müəyyənləşdiriləcək.

 

Qeyd edək ki, azərbaycanlı şahmatçı Teymur Rəcəbov daha əvvəl koronavirus səbəbindən bu turnirdə iştirak etməkdən imtina edib. (oxu.az)