Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-26 12:01:00
Ali məktəblər üzrə blok imtahanı təxirə salınacaq

“Dövlət İmtahan Mərkəzi tərəfindən 11 may tarixində I və IV qruplara, eləcə də 17 may tarixində II və III qruplara keçirilməsi nəzərdə tutulan ali məktəblər üzrə blok imtahanı təxirə salınacaq”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi söyləyib

 

O bildirib ki, buna səbəb Dövlət İmtahan Mərkəzi tərəfindən 2020 ci il 30 mart – 27 aprel tarixlərində aparılması nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun təxirə salınmasıdır.

 

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu, daha öncə təxirə salınan 11-ci sinif buraxılış (qəbul) imtahanları, həmçinin martın 9, 15 və 29-da keçirilməli olan imtahanların vaxtı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.