Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-24 18:16:00
Abel Məhərrəmov 2 aylıq maaşını ianə verdi

Dövlət başçısının 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna akademik Abel Məhərrəmov da maliyyə yardımı edib.

 

AzEdu.az  xəbər verir ki, Abel Məhərrəmov özünün 2 aylıq vəzifə maaşını fondun hesabına köçürüb.

 

Qeyd edək ki, Abel Məhərrəmov hazırda Bakı Dövlət Universitetində Üzvi kimya kafedrasının müdiri kimi fəaliyyət göstərir.