Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-24 15:49:00
I sinfə qəbul zamanı uşaqlara bu suallar veriləcək-RƏSMİ

 

 

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək.

 

Tədris Azərbaycan dilində aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar elektron sistemdə avtomatik olaraq təhsil aldıqları məktəblərin birinci siniflərinə qəbul ediləcəklər.  Məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların birinci sinfə qəbulu da elektron qaydada (www.mektebeqebul.edu.az) həyata keçiriləcək. 

 

 Müsahibə zamanı uşaqlara hansı meyarlar üzrə suallar verilir?

 

 AzEdu.az Təhsil nazirliyinin saytında yerləşdirilən həmin cavabı təqdim edir:

 

Digər dildə tədris aparılan bölmə üzrə I siniflərə qəbul onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş Müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə ( dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) yoxlanılır.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları