Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-24 11:36:00
İbtidai sinif rəhbərləri bu strategiyaları həyata keçirməlidir-Tövsiyə

Beyin fasiləsi və diqqət toplama texnikası

Müəllimlər sinifdə bəzən şagirdlərin öz aralarında danışmasına icazə verirlər. Bu onların sakitləşməsi üçün atılan addım deyildir. Bu üsulu tətbiq edən müəllimlərin şagirdləri daha uzun müddət dərs çalışmağa həvəsli və enerjili olurlar. Bu üsuldan hər 30 dəqiqədən bir 1-3 dəqiqə istifadə etmək , həm uşaqların, həm də böyüklərin zehni inkişafına səbəb olacaqdır.

AzEdu.az-ın məlumatına görə, Özünə güvəni olmayan şagirdlər peşə istiqamətinə də həvəssiz yanaşırlar. Bu halla qarşılaşan müəllim həmin şagirdə yaxın olmalı, onun ünsiyyətə keçməlidir. Həmçinin idarəçilikdə də dəyişikliklər etməlidir.

Müəllimlər bunları etməlidir:

Hər dərsin əvvəlində şagirdləri qapıda qarşılayın və onları adları ilə salamlayın. Belə olduqda görüldüklərini və eşidildiklərinin fərqinə varırlar.

Bir “mənə maraqlıdır” lövhəsi hazırlayın. Bu lövhədə şagirdlərin cavablaması lazım olan sualları yazın. Bunu müxtəlif tarixlər üzrə hazırlaya bilərsiniz. Məsələn, “Maraqlı çərşənbə”, “Motivasiyaedici bazarertəsi”, “müzakirə üçün cümə” və s.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları