Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-23 17:14:00
ADNSU Koronavirusla Mübarizəyə Dəstək Fonduna 80 min manat məbləğində vəsait köçürüb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ölkə başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 80 000 AZN məbləğində vəsait köçürüb.

 AzEdu.az xəbər verir ki,qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayan ADNSU, vətəndaşları, o cümlədən univeritetin çoxminli müəllim və tələbə kontingentini koronavirusla mübarizədə aktiv olmağa, özlərini və ətrafıdakı insanları qorumaq məqsədilə Operativ Qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.