Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-23 15:58:00
Azərbaycan Dövlət Aqrar Universiteti COVID-19 infeksiyasına qarşı mübarizəyə dəstək olub

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) COVID-19 infeksiyasına qarşı mübarizəyə dəstək olub.

AzEdu.az xəbər verir ki, universitet koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə qoşularaq Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ailə büdcəsindən 1000 manat, ADAU-nun professoru Bəhman Əliyev isə 500 manat məbləğində vəsait köçürüb.