Azedu.az

Zaqatala Uşaq İncəsənət Məktəbində tədris prosesi onlayn şəkildə davam etdirilir

Məktəblər

22 Mart 2020, 14:08
Zaqatala Uşaq İncəsənət Məktəbində tədris prosesi onlayn şəkildə davam etdirilir

Koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması, təhsil müəssisələrində tibbi-profilaktik və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə Zaqatala rayon Uşaq İncəsənət Məktəbində də tədris prosesinin onlayn şəkildə aparılmasına başlanılıb.

AzEdu.az xəbər verir ki, ilk onlayn dərslər məktəbin nəzəriyyə, musiqi ədəbiyyatı, fortepiano və digər şöbələrinin müəllimləri tərəfindən təşkil olunub.

Dərslərin ilk günü “whatsapp” sosial media proqramından istifadə olunsa da, növbəti günlərdə müxtəlif sosial media vasitələrindən istifadə etməklə, onlayn videodərslərin daha da genişləndirilməsi nəzərdə tutulur.(AZƏRTAC)

 

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox