Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-19 10:35:00
Erasmus+ virtual mübadilə təliminə başlayır-ŞƏRTLƏR

Erasmus+ platforması virtual mübadilə təliminə başlayır.

 AzEdu.az xəbər verir ki, virtual mübadilə təlimləri 13 sentyabrdan 24 oktyabra qədər keçiriləcək. 

 Bu təlim transmilli Erasmus+ Virtual Mübadilə layihələrinin ilk pilləsidir. 

 Layihə gənc nəslin innovativ fikirləri üzərində qurulub. Təlimin məqsədi isə gəncləri virtual mübadilə ilə tanış edərək qlobal problemlərin həllərini araşdırmaqdır.

 Təlimin müddəti: 6 həftə

 İştirakçıların sayı: maksimum 100 nəfər

 Yer: Belçika

 Yaş: 18 yaş və yuxarı

 Təlimdə müzakirə ediləcək mövzular:

 - Erasmus+ Virtual Mübadilə nədir;
 - Rəqəmsal savadlılıq;

 - VE-də problemlər;

 - Virtual fəaliyyət üçün vasitələr;

 Qeyd edək ki, təlimdə iştirak etmək üçün həmin sahə üzrə təcrübənin olması tələb olunmur.