Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-18 17:48:00
Koronavirus dünyada təhsilin yolunu dəyişib  

Dünya İqtisadi Forumu : COVID-19 bütün dünyada təhsil müəssisələri üçün katalizator olub

 

AzEdu.az xəbər verir ki, Dünya İqtisadi Forumu qeyd edir ki, bir neçə həftə ərzində koronavirus (COVID-19) bütün dünyada təhsilin yolunu dəyişib. Bu dəyişikliklər bizə təhsilin uzunmüddətli perspektivdə yaxşılığa və ya pisliyə doğru  necə dəyişə biləcəyinə dair fikirlər verir.

 

Koronavirusun Asiya, Avropa, Yaxın Şərq və Amerika Birləşmiş Ştatları üzrə sürətlə yayılması ilə əlaqədar ölkələr tammiqyaslı pandemiyanın inkişafının yumşaldılması üçün operativ və qətiyyətli tədbirlər görüblər.  Son iki həftə ərzində məktəb və universitetlərdə dərslərin  dayandırılması ilə bağlı bir neçə bəyanatlar verilib.  Martın 13-dən etibarən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının qiymətləndirmələrinə görə, 421 milyondan çox uşaq 39 ölkədə elan edilən və ya həyata keçirilən məktəblərin bağlanmasından əziyyət çəkir. Bundan başqa, daha 22 ölkə qismən "lokallaşdırılmış" rejimə keçdiklərini  bəyan edib.

 

Bu risklərin idarə edilməsi həlləri,  xüsusilə Çin, Koreya, İtaliya və İran kimi  koranavirusun təsirinə daha çox məruz qalan ölkələrdə milyonlarla tələbəni müvəqqəti olaraq  "evdə təhsil"  vəziyyətinə  gətirib çıxarıb. Bu dəyişikliklər, şübhəsiz ki, müəyyən narahatçılığa səbəb olub, lakin onlar  təhsildə innovasiyaların yeni nümunələrinə səbəb olub. COVID-19-un dünyanın hər yerində  təhsil sisteminə necə təsir edəcəyi barədə mühakimə yürütmək hələlik çox erkən olsa da, yenilik və rəqəmsallaşdırmanın təlim trayektoriyasına uzunmüddətli təsir göstərə biləcək əlamətləri var. Aşağıda gələcək dəyişikliklərə işarə edə biləcək üç tendensiyanı izləyirik:

 

Təhsilin yeniliklərə sövq edilməsi gözlənilməz innovasiyalara gətirib çıxara bilər

 

Bütün dünyada akademik müəssisələrdə dəyişikliklərin yavaş templəri  özünü çoxəsrlik, mühazirələrə əsaslanan, institusional xurafatlara və köhnəlmiş tədris yanaşmalarında göstərir.  Buna baxmayaraq  COVID-19, nisbətən qısa müddət ərzində  yenilikçi həllər axtarmaq üçün bütün dünyada təhsil müəssisələri üçün katalizator olub.

 

Virusun yayılmasını yavaşlatmaq üçün Honkonqda tələbələr interaktiv tətbiqlər vasitəsilə hələ fevral ayında evdə təhsilə başladılar. Çində 120 milyon insan  birbaşa televiziya proqramları vasitəsilə təlim materiallarına çıxış əldə edib. Bütün dünyada digər daha sadə, lakin daha az yaradıcı həllər  həyata keçirilib. Bir Nigeriya məktəbində  standart asinxron online təlim alətləri (Google Classroom vasitəsilə oxumaq materialları kimi) sinxron video təlimat ilə tamamlanıb ki, bu da  məktəblərin bağlanmasını qabaqlamağa kömək edib.

 

5G texnologiya Çin, ABŞ və Yaponiya kimi ölkələrdə getdikcə daha geniş yayılmaqdadır.  Biz öyrənənlər və həll təminatçılarının həqiqətən "istənilən yerdə, istədiyiniz zamanda təlim" in müxtəlif formatlarda rəqəmsal təhsil konsepsiyasını əhatə etdiyini görə bilərik. Sinifdə ənənəvi təhsil canlı yayımlardan tutmuş "təhsilli nüfuzlu  şəxslərə" və virtual reallıqlara qədər yeni tədris metodları ilə tamamlanacaq. Təlim gündəlik iş qrafikinə, əsl həyat tərzinə  inteqrasiya olunmuş bir vərdişə çevrilə bilər.

 

Dövlət-özəl sektorlar arasında təhsil tərəfdaşlıq əlaqələri güclənə  bilər

 

Son bir neçə həftədə, rəqəmsal platformalardan böhranın müvəqqəti həlli kimi istifadə etmək üçün hökumətlər, nəşriyyatlar, təhsil mütəxəssisləri, texnologiya təminatçıları və telekommunikasiya şəbəkələrinin operatorları da daxil olmaqla, müxtəlif maraqlı tərəflərin cəlb olunduğu təlim konsorsiumlarının və koalisiyaların meydana gəldiyinin şahidi olduq. Təhsilin, əsasən hökumət tərəfindən təmin olunduğu yerlərdə bu, təhsilin gələcəyinə yönəlik və geniş yayılmış tendensiyaya çevrilə bilər.

 

Çinin  Təhsil Nazirliyi  bulud texnologiyalarına əsaslanan onlayn öyrənmə və yayım üçün yeni bir bulud platforması hazırlamaq, habelə Təhsil Nazirliyi və Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərlik etdiyi təhsil infrastruktur kompleksini modernləşdirmək üçün müxtəlif iştirakçılardan ibarət bir qrup yaradıb.

 

Eynilə  Honkonqda yaradılmış readtogether.hk forumu 60-dan çox təhsil təşkilatının, nəşriyyatın, medianın və əyləncə sənayesi peşəkarlarını təmsil edən konsorsiumdur, o, videolar, kitab fəsilləri, qiymətləndirmə alətləri daxil olmaqla 900-dən çox təhsil resursu,  eləcə də pulsuz məsləhət xidmətləri təqdim edir.  Konsorsium COVID-19 lokallaşdırıldıqdan sonra da platformadan istifadəni davam etdirmək niyyətindədir.

 

Bu kimi nümunələrdən aydın olur ki, təhsil innovasiyası  dövlət və ya  qeyri-kommersiya təşkilatı tərəfindən maliyyələşdirilən tipik bir sosial layihədən daha çox dəstək qazanır.

 

Son on ildə təhsil həlləri və yeniliklərə özəl sektordan daha çox maraq və sərmayələrin qoyulmasını gördük. ABŞ-dakı Microsoft və Google-dan tutmuş Koreyadakı Samsung-a, Çindəki Tencent, Ping və  Alibaba-ya qədər korporasiyalar təhsilli əhalinin strateji vacibliyini qeyd edirlər.  Bu günə qədər həyata keçirilən təşəbbüslərin əksəriyyəti məhdud və nisbətən təcrid olunsa da, bu pandemiya ümumi bir təhsil hədəfi ətrafında daha böyük sektorlararası koalisiyaların yaranmasına zəmin ola bilər.

 

"Rəqəmsal uçurum" genişlənə bilər

 

Virusun təsirinə məruz qalan ərazilərdəki məktəblərin əksəriyyəti təhsillərini davam etdirmək üçün qeyri-standart həllər tapırlar, lakin təhsilin keyfiyyəti böyük ölçüdə rəqəmsal girişin səviyyəsindən və keyfiyyətindən asılıdır. Axı, dünya əhalisinin yalnız 60% -i şəbəkədədir.  Honkonqda şəxsi planşetlərdə virtual dərslər norma ola bilər,  az inkişaf etmiş ölkələrdə isə  bir çox şagird WhatsApp və ya e-poçt vasitəsilə göndərilən dərslərə və tapşırıqlara etibar edirlər.

 

Üstəlik, az təminatlı ailələr rəqəmsal formata daha az cəlb olunmuşsa, bu ailədən olan tələbələr də bir o qədər təlimdə geridə qalırlar. Siniflərin internetə keçidi vaxtı (onlayn tədris) bu uşaqlar rəqəmsal qurğulardan istifadənin bahalılığına, məlumatların ötürülməsi bacarıqlarına görə itirirlər.

 

İnternet resurslara giriş xərcləri azalmasa və təhsilin keyfiyyəti yaxşılaşmasa, onda sosial- iqtisadi bərabərlik daha da pisləşəcək. Təhsilə çıxış ən son texnologiyalara çıxış yolu ilə diktə olunarsa, rəqəmsal boşluq daha kəskin ola bilər.

 

COVID-19-un sürətli yayılması pandemik xəstəliklərdən tutmuş ekstremist zorakılığa,  iqlim qeyri-sabitiyinə və hətta sürətli texnoloji  dəyişikliklərə kimi müxtəlif təhdidlərə qarşı sabitliyin gücləndirilməsinin əhəmiyyətini nümayiş etdirdi. Pandemiya, həmçinin tələbələrə bu gözlənilməz dünyada ehtiyac duyduqları  bacarıqları, məsələn, qərarların qəbulu, problemlərin yaradıcı həlli və ən əsası uyğunlaşma qabiliyyətlərini xatırlatmaq üçün bir fürsətdir.

 

Beləliklə də Dünya İqtisadi Forumu qeyd edir:

 

  • - Koronavirus pandemiyası  dünyada milyonlarla insanın necə  təhsil almasını dəyişdi.
  • - Təhsil sahəsində yeni həllər bir çox zəruri innovasiyalar gətirə bilər.
  • - Rəqəmsal uçurum nəzərə alınmaqla, təhsilə yanaşmalarda yeni dəyişikliklər bərabərliyin genişlənməsinə səbəb ola bilər.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində COVID-19-un təhlükəli təsirlərini aradan qaldırmaq və bu sahədə aparılan işlərə töhfə vermək üçün Dünya İqtisadi Forumu özünün Platformasını yaradıb. (Azərbaycan Müəllimi/Oruc Mustafayev)