Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-18 17:12:00
 Azərbaycanlı alimlərin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Polimer Materialları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Bəxtiyar Məmmədov, kimya üzrə elmlər doktorları Əfsun Sucayev, Əlverdi Kərimov və Arzu Orucovanın beynəlxalq müştərək tədqiqat çərçivəsində türk həmkarları - professor İlhami Gülçin, dosent Parham Taslimi ilə birlikdə növbəti məqaləsi “Bio-organic chemistry” adlı impakt faktorlu jurnalda dərc edilib.

 

Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib.
Məqalə ilk dəfə natrium dietilditiokarbamat törəmələri əsasında sintez edilən funksional əvəzli fizioloji fəal maddələrin bioloji aktivliyinə, eyni zamanda, “molekulyar dokinq” tədqiqatlarına həsr olunub.
Qeyd edək ki, “Elsevier” nəşriyyatına daxil olan və “Web of Science”, “Scopus” kimi bazalarda indeksləşən bu jurnal kimya, biologiya və tibb sahəsinə aid son elmi yeniliklərlə bağlı məqalələri yayımlayır.