Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-17 15:17:00
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində koronavirus təhlükəsinə qarşı profilaktik tədbirlər görülür  

Lənkəran şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin binasında koronavirus təhlükəsinə qarşı dezinfeksiya işləri həyata keçirilib. Akademiyadan AzEdu.az-a bildirilib ki, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları arasında, həmçinin maarifləndirici söhbətlər aparılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, AMEA rəhbərliyinin tapşırıq və göstərişləri diqqətə çatdırılıb.